Gürcüstan dinc qonşuluq təşəbbüsü çərçivəsində regionun sülh yolu ilə inkişafı üçün səylərini yönəltməyə hazırdır.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyulun 7-də irəvanlı həmkarı Nikol Paşinyanla görüşdə söyləyib.
Görüşdə regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar nəzərdən keçirilib. Regional sabitliyi və rifahı təşviq etmək üçün strateji məsələlər üzrə yüksək səviyyəli dialoqun başlanmasının vacibliyi vurğulanıb.
Bildirilib ki, yüksək səviyyəli dialoq uğurlu əməkdaşlığa əlavə təkan verəcək və eyni zamanda, regional sülh və sabitliyə kömək edəcək.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 7-də Gürcüstana işgüzar səfərə gəlib.
Tehsil-press.az