AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Regionlararası əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və müasir texnologiya sahəsində Gürcüstanın təcrübəsi" adlı Liderliyin İnkişafı Proqramı çərçivəsində Avropa-Gürcüstan İnstitutu tərəfindən Tbilisidə keçirilmiş beynəlxalq tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan tədqiqatçılar iştirak ediblər. Onlar proqram çərçivəsində parlamentin deputatları ilə görüşüb, Gürcüstanın siyasi və ictimai təşkilatları, QHT-ləri, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu, Müstəqil Universitet, Beynəlxalq Qara Dəniz Universiteti, Tbilisi Dövlət Universiteti, Texnopark, Tbilisi Media Mərkəzi Birliyi, eləcə də Gürcüstanın tarixi yerləri və mədəniyyət mərkəzlərində olub, seminar və müzakirələrdə iştirak ediblər.
Seminarlarda Gürcüstanın daxili və xarici siyasəti, ölkədəki ictimai-siyasi vəziyyət, Avropaya inteqrasiya, NATO ilə əməkdaşlıq, Rusiya-Gürcüstan münasibətləri, regional əməkdaşlıq məsələləri, münaqişələr, iştirakçı ölkələr arasında elmi, siyasi, ictimai əlaqələr və inteqrasiya məsələləri müzakirə olunub.
Sübhan Talıblı müzakirə, seminar və görüşlərdə Azərbaycanda aparılan islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlikdə Azərbaycanın rolu, Avropa İttifaqı və NATO ilə əməkdaşlığı, ölkəmizdəki siyasi institutlar, elmi tədqiqat mərkəzləri və digər məsələlər haqqında çıxış edib.
Tehsil-press.az