Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin zavoduna ekskursiya ediblər.
Tələbələr zavodda yaradılan şəraitlə tanış olublar. Onlara “Coca-Cola”nın yaranma tarixi, şirkətin məhsullarının keyfiyyət göstəriciləri, keyfiyyət analizi laboratoriyaları və istehsalat prosesi haqqında ətraflı məlumat verilib. Həmçinin suyun yüksəkkeyfiyyətli filtrlərlə təmizlənməsi, plastik qablaşdırmaların istehsalı, konveyerlərdə hazır məhsulun qablara tökülməsi prosesləri də tələbələrə əyani olaraq göstərilib.
Sonra tələbələrə istehsal prosesi ilə əlaqədar müasir standartlar barədə məlumat verilib, biotexnologiyanın şirəli içkilərin istehsalında vacib rolu diqqətə çatdırılıb.
Daha sonra zavodun fəaliyyəti və məhsulların hazırlanma texnologiyaları ilə bağlı tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az