Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) marketinq ixtisasında təhsil alan tələbələri “Azerbaijan Coca-Cola Bottlers” şirkətində infoturda olublar.
İnfoturun məqsədi tələbələri istehsal prosesi ilə tanış etmək, marketinq strategiyalarının tətbiqi üçün lazımi prosedurları yaxından izləyərək praktik biliklər qazandırmaqdır. “Interbrand” şirkətinin 2019-cu il hesabatına əsasən, 63 milyon dollarlıq brend dəyəri ilə dünyada beşinci, içki sektorunda isə birinci yer məhz “Coca-cola” şirkətinə məxsusdur.
Görüşdə tələbələrə şirkətin və məhsulun yaranma tarixi, məhsulun tərkibi, qablaşdırma, istehsal və laboratoriya prosedurlarından, istehsal xəttindən geniş informasiyalar çatdırılıb. Tələbələr istehsal prosesini yaxından izləyib, sual doğuran məqamlar barədə məlumat alıblar.
Sonda tələbələrə şirkətin xüsusi hədiyyələri təqdim edilib.

UNEC-in Mətbuat Xidməti