ADPU-nun Quba filialında Ramiz Qusarçaylının 65 illik yubileyi qeyd olunub

ADPU-nun Quba filialında Ramiz Qusarçaylının 65 illik yubileyi qeyd olunub Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə sevilən və tanınmış şair Ramiz Qusarçaylının 65 illik yubileyinə həsr olunmuş “Azərbaycan bayrağını qürurla vəsf edən Vətən şairi” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylıya yeni-yeni yaradıcılıq uğurları arzulayıblar. R.Qusarçaylının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm və tolerantlıq siyasətinin rayon əhalisi arasında təbliğ olmasındakı xidmətləri qeyd olunub. Şairin şerlərində vətənpərvərlik ruhunun təbliğinə görə layiq görüldüyü təltiflər də diqqətə çatdırılıb.
Tədbirdə Quba uşaq musiqi məktəbinin və filial tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər