Şamaxıda tədbir: Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Şamaxıda tədbir: Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ADPU-nun Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı dosent Anar Fərmayılov, Musiqi və onun tədrisi kafedrasının müdiri dosent Laçın Həsənova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirin rəsmi hissəsindən öncə Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərlərindən ibarət fotosərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə çıxış edərək, bizə miras qalan irsinin milli inkişaf konsepsiyası olduğunu vurğulayıb.
Sonra çıxış edənlərdən dosent Anar Fərmayılov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov və dosent Laçın Həsənova Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayaraq, onun xalqımıza misilsiz xidmətlərinin milli sərvətimiz olduğunu bildiriblər.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər