“Ulu Öndər Heydər Əliyevin böyük Zəfər yolu” – ADPU-nun Quba filialında tədbir

“Ulu Öndər Heydər Əliyevin böyük Zəfər yolu” – ADPU-nun Quba filialında tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Heydər Əliyev İli” və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin böyük Zəfər yolu” mövzusunda tədbir keçirilib.
Filialın Humanitar və sosial elmlər, Riyaziyyat və təbiət elmləri fakültələrinin və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Zəfər Gününə həsr edilən videoçarx nümayiş olunub.
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli qurtuluşdan başlayan və Ali Baş Komandan İlham Əliyevin liderlik fəaliyyəti nəticəsində Zəfərə aparan yol və Zəfər Günü haqqında geniş məruzə edib.
Quba Rayon İcra Hakimiyyətinin məsul işçisi Aynur Yəhyayeva, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri görkəmli şair Ramiz Qusarçaylı, şəhid Miqdad Abduləlimovun atası Faiq Abduləlimov, şəhid Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova, şəhid Seymur Qocayevin anası Rəsmiyə Qocayeva, şəhid Tamerlan Əliyevin anası Zümrüd Əliyeva və şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev çıxış ediblər.
Şəhid ailələrinin üzvləri və qazilər Zəfər Günü münasibətilə filialın direktoru tərəfindən fəxri fərmanlarla təltif edilib.
Tədbirdə Riyaziyyat və təbiət elmləri fakültəsinin və TGT-nin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.
Filialın Heydər Əliyev Mərkəzində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib. Görüşdən sonra filialda yaradılan şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyası ziyarət olunub. Şəhid anasının çiçək hədiyyəsi auditoriyaya təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər