Azərbaycan qısa müddətdə yeni donor ölkəsi kimi beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. İndiyədək dünyanın 140-a yaxın ölkəsi Azərbaycan Respublikasından yardım alıb.
Bunu Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentliyi/AIDA) rəisi Elməddin Mehdiyev “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda söyləyib. O bildirib ki, bu yardımlar fərqli coğrafiyalarda yerləşən ölkələrin müxtəlif növ fəlakətlər nəticəsində yaranmış humanitar böhranlarla mübarizəsinə, eləcə də ən az inkişaf etmiş və inkişaf etməkdə olan əksər dövlətlərin inkişaf məqsədli fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib. "İndiyədək Azərbaycan tərəfindən BMT-nin təsnifatlandırmasına əsasən ən az inkişaf etmiş sayılan 46 ölkədən 43-nə, Afrikanın 54 ölkəsindən 53-nə İƏT-ə üzv digər 56 ölkədən 50-nə, Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyətinə humanitar və inkişafa yardım xarakterli yardımlar göstərilib", - deyə Elməddin Mehdiyev qeyd edib.
"Prezident İlham Əliyevin 2017-ci il və 2018-ci il tarixli müvafiq sərəncamları ilə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları üçün beş il müddətinə Təhsil Qrantı Proqramları təsis edilib. Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən icra olunmuş proqramlar çərçivəsində bu günədək 90-a yaxın ölkədən 200 tələbə Azərbaycanın ali təhsil müəssisələrində hazırlıq kursları, bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil almaq imkanı qazanıb. Bu müddət ərzində proqramlardan faydalanmaq üçün təqdim olunmuş müraciətlərin sayının illik əsasda artımı, eləcə də Azərbaycan Respublikasının beynəlxalq birliyin məsuliyyətli və faydalı üzvü kimi tanınmasına sözügedən təhsil qrantlarının əhəmiyyətli töhfələri tərəfimizdən davamlı müşahidə olunub" , - deyə Elməddin Mehdiyev fikrini yekunlaşdırıb.
Tehsil-press.az