Hökumətlərarası təqaüd proqramları çərçivəsində Çində təhsil almaq hüququ qazananlar müəyyənləşib

Hökumətlərarası təqaüd proqramları çərçivəsində Çində təhsil almaq hüququ qazananlar müəyyənləşib Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 31 nəfər azərbaycanlı hökumətlərarası təqaüd proqramları çərçivəsində 2022-2023-cü tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 31 nəfər bu ölkənin müxtəlif ali təhsil müəssisələrində süni intellekt, proqramlaşdırma və kompüter elmləri, media və kommunikasiya, tibb, iqtisadiyyat və idarəetmə, maliyyə, neft-qaz mühəndisliyi, mikrobiologiya kimi ixtisaslar üzrə bakalavriat (5 nəfər), magistratura (22 nəfər) və doktorantura (4 nəfər) pillələrində təhsil almaq hüququ qazanıb.

Tehsil-press.az


Oxşar xəbərlər