“Mübahisəli məsələlər onların görüşünə maneə olur”

“Mübahisəli məsələlər onların görüşünə maneə olur” “Mübahisəli məsələlər Orban-Zelenskinin görüşünə maneə olur”.
Macarıstan Xarici İşlər Nazirliyi Baş nazir Viktor Orbanın bütün mübahisəli məsələlər həll olunmayınca Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyəcəyini bəyan edib.
Macarıstan xarici işlər nazirinin müavini Levente Madar bu haqda yerli mətbuata açıqlama verib.
“Volodimir Zelenski ilə Viktor Orban arasında görüşə hazırlaşarkən şərt qoyduq. Əvvəlcə mübahisəli məsələləri həll etmək üçün razılığa gəlməliyik. Hələ bu nöqtəyə çatmamışıq. Ona görə də indi görüşmək tez olardı. Amma biz bunun üzərində işləməyə davam edəcəyik”, - deyə bildirib.
Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə telefon danışığında Orban-Zelenski görüşünün təşkilini təklif edib.
Xatırladaq ki, Zelenski və Orban sonuncu dəfə 2023-cü il dekabrın 10-da Argentina Prezidenti Xavyer Mileinin andiçmə mərasimi zamanı görüşüblər.

Tehsil-press.az



Oxşar xəbərlər