Qaribaşvili və Orban Qara dəniz sualtı elektrik kabeli layihəsini müzakirə ediblər

Qaribaşvili və Orban Qara dəniz sualtı elektrik kabeli layihəsini müzakirə ediblər Macarıstanın Baş naziri Viktor Orban Gürcüstana səfərə gəlib. Səfər çərçivəsində Viktor Orban bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə siyasi, iqtisadi sahələrdə əməkdaşlıq, bərpaolunan enerji, logistika, turizm və digər sahələrə investisiyaların cəlb edilməsi məsələləri diqqət mərkəzində olub.
Bildirilib ki, 2023-cü ildə Gürcüstan və Macarıstan arasında ticarət dövriyyəsi 21 faiz artaraq 46,62 milyon dollara çatıb. Hər iki ölkənin iqtisadi əməkdaşlıq üçün böyük potensialı var və mövcud imkanlardan tam istifadə olunması vacibdir.
Bundan başqa, tərəflər regional və beynəlxalq əhəmiyyətli layihələri, o cümlədən Cənubi Qafqazla Avropanı birləşdirən Qara dəniz sualtı kabel layihəsini nəzərdən keçiriblər. Qeyd olunub ki, enerji potensialının tam reallaşdırılması və enerji təhlükəsizliyi istiqamətində ümumi məqsədlərə nail olmaq üçün flaqman layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir.

Tehsil-press.az



Oxşar xəbərlər