BDU-nun Elmi şurasının 2023-cü ildə son iclası

BDU-nun Elmi şurasının 2023-cü ildə son iclası Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının 2023-cü ildə son iclası keçirilib.
İclasda sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar görülmüş işlər barədə hesabatı təqdim edib.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov isə 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) təşkili haqqında məlumat verib.
Sonra 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı BDU-nun Tədbirlər Planının hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov BDU-nun akkreditasiya qiymətləndirilməsinə dair Akkreditasiya Komissiyasının yekun hesabatında göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2023-2028-ci tədris illəri üzrə Fəaliyyət Planı haqqında şura iştirakçılarını məlumatlandırıb.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Tehsil-press.az




Oxşar xəbərlər