Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
İclasda BDU-nun rektoru Elçin Babayev qarşıdan gələn Novruz Bayramı münasibətilə əməkdaşları və tələbələri təbrik edib, sonra 2020/2021-ci tədris ilinin yaz semestri üzrə onlayn dərslərin gedişi və təcrübələr haqqında məlumat verib.
E.Babayev 2020/2021-ci tədris ilinin yaz semestrinin təşkilində əldə olunan uğurlar, universitet alimlərinin elmi nailiyyətləri, elmi-tədqiqatların nəticələri, keçirilmiş onlayn elmi konfrans, ustad dərsləri, elmi seminarlar, xarici universitetlərlə əməkdaşlıq, pandemiya dövründə universitetdə həyata keçirilən preventiv və qabaqlayıcı tədbirlər haqqında da danışıb.
Sonra Coğrafiya və Şərqşünaslıq fakültələrinin 2020-ci il üzrə hesabatı dinlənilib. Elmi şura üzvləri - akademik Vasif Babazadə, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, professorlar Aydın Kazımzadə, Cahangir Məmmədli, Zeynalabdin Həsənəliyev, Vaqif Qasımov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Şura öz işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.
Tehsil-press.az