BDU-da Elmi şuranın 2020-2021-ci tədris ili üzrə son iclası keçirilib

BDU-da Elmi şuranın 2020-2021-ci tədris ili üzrə son iclası keçirilib Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilində Elmi şuranın son iclası keçirilib.
İclasda elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri haqqında hesabat məruzəsi ilə çıxış edib. Hesabatda qeyd olunub ki, BDU-da onlayn keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 16 min 132 (14805-i əyani, 101-i əlavə təhsil olmaqla) tələbə, magistratura səviyyəsində 868 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə imtahanlarda 1138 tələbə iştirak edib. Sonuncu kurs tələbələrindən 4826 nəfərin Yekun Dövlət Attestasiyası ÜOMG-yə uyğun qiymətləndirilib, 226 tələbə buraxılış işi müdafiə edib. 156 nəfər universiteti fərqlənmə diplomu ilə bitirib.
Sonra Apellyasiya Komissiyasının sədri Elşad Qurbanov komissiyanın fəaliyyəti haqqında hesabat verib. Bildirilib ki, sessiya müddətində komissiyanın “Qaynar xətt”inə 107 müraciət daxil olub və bütün müraciətlər operativ həll edilib.
Daha sonra 2020-2021-ci tədris ilinin yay semestrinin təşkili haqqında məlumat verilib, Hüquq fakültəsinin və BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun 2020-ci il üzrə hesabatı dinlənilib. Şura üzvləri təqdim olunan hesabatlar haqqında fikir və rəylərini bildiriblər.
Elmi şura cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər