ABŞ-dan Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı ilə bağlı açıqlama

ABŞ-dan Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı ilə bağlı açıqlama ABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük prosesinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən məmnun olduğunu və F-16 döyüş təyyarələrinin Ankaraya satışı prosesi üzərində həssaslıqla çalışdığını açıqlayıb.
ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Metyu Miller gündəlik mətbuat konfransında, İsveçin NATO üzvlüyü və Türkiyənin F-16 təyyarənin satış prosesini qiymətləndirib.
Millerin sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin İsveçlə bağlı qanun layihəsinin Xarici Əlaqələr Komissiyasında qəbul edilməsini müsbət qarşıladıqlarını və layihənin Baş Assambleyada qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib.
Administrasiyanın F-16-ların satışı və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmədiyini bildirən ABŞ sözçüsü bu iki məsələni bir-biri ilə bağlı görən Konqres üzvlərinin olduğunu da qeyd edib. Konqresdə bu mövzuda bəzi problemlərin olduğunu bildirən Miller, F-16-lar da daxil olmaqla iki ölkə ilə bağlı mövzular üzərində həssaslıqla çalışdıqlarını vurğulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər