Əvvəlcə Türkiyənin Avropa İttifaqında önünü açın, biz də İsveçin NATO-da önünü açaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Litvaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu halda İsveçin Şimali Atlantika Alyansına üzvlüyü mümkün olacaq. Türkiyə Prezidenti onu da qeyd edib ki, İsveçin NATO-ya üzvlüyü, həmçinin onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır.
NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin üzvlüyü ilə bağlı maneələri Vilnüsdəki sammitədək siyasi səviyyədə aradan qaldırmağa çalışacağını bildirib.
Qeyd edək ki, Türkiyə 1999-cu ildən Avropa İttifaqı üzvlüyünə namizəd olsa da, Ankara ilə Brüsselin bu məsələ ilə bağı danışıqları dalana dirənib.
Tehsil-press.az