Türkiyə parlamentinin komissiyası İsveçin NATO-ya qəbulu haqqında protokolun müzakirəsini təxirə salıb

Türkiyə parlamentinin komissiyası İsveçin NATO-ya qəbulu haqqında protokolun müzakirəsini təxirə salıb Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun müzakirəsini təxirə salıb.
Ədalət və İnkişaf Partiyasından olan deputatlar protokolla bağlı qərarın təxirə salınması təşəbbüsü ilə çıxış ediblər.
Deputatların fikrincə, İsveçlə bağlı məsələdə “kifayət qədər aydınlıq yoxdur” və “məsələ hələ müzakirə üçün yetərincə yetişməyib”. Bununla əlaqədar olaraq, onlar komissiyadan müzakirəni dayandırmağı və başqa vaxta keçirməyi xahiş ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər