Finlandiyanın İsveç müraciətinin təsdiqini gözləmədən NATO-ya daxil olmaq ehtimalı artıb

Finlandiyanın İsveç müraciətinin təsdiqini gözləmədən NATO-ya daxil olmaq ehtimalı artıb Finlandiyanın İsveç müraciətinin təsdiqini gözləmədən NATO-ya daxil olmaq ehtimalı artıb.
Bu barədə İsveçin Baş naziri Ulf Kristersson Stokholmda keçirilən mətbuat konfransında bildirib.
İsveç, Türkiyə və Finlandiya arasında NATO danışıqları qısa fasilədən sonra fevralın sonunda bərpa edilib, lakin ölkələr hələ də ortaq maraqlara cavab verən bir razılığa nail olmayıb. Eyni zamanda, bəzi türk rəsmiləri son vaxtlar hazırki vəziyyətdə yalnız Finlandiyanın müraciətinin təsdiqlənməsinin mümkünlüyünü qeyd ediblər və İsveç baş nazirin sözlərinə görə, hazırda bu ssenarinin reallığa çevrilməsi ehtimalı artıb.
İsveç hökumətinin başçısı bildirib ki, məsələnin həlli Türkiyənin əlindədir və belə bir ssenari reallaşarsa, İsveç yalnız qonşu Finlandiyanın NATO-ya daxil olması ilə bağlı vəziyyəti qəbul etməyə hazırdır. "Əslində, məsələ İsveçin NATO-ya üzv olub-olmamasında deyil, İsveçin NATO-ya nə vaxt üzv olacağından gedir", - deyə Ulf Kristersson bildirib.
Öz növbəsində, İsveçin Türkiyə ilə NATO-ya üzvlüyü ilə bağlı danışıqlar üzrə baş müzakirəçisi Oskar Stenstrom rəsmi Ankara ilə konfidensial danışıqlar aparıldığını bildirib.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın üzvü olan bütün ölkələr üzvlük protokolunu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.

Tehsil-press.az

Oxşar xəbərlər