Yaxın Şərq liderləri Qəzza zolağındakı son vəziyyəti müzakirə edəcəklər

Yaxın Şərq liderləri Qəzza zolağındakı son vəziyyəti müzakirə edəcəklər İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə yanvarın 10-da Aqabada üçtərəfli sammit keçiriləcək.
Tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri müzakirə edəcəklər.
Görüş İordaniyanın Qəzza zolağında dərhal atəşkəs əldə etmək və ora davamlı olaraq humanitar yardım çatdırmaq səyləri çərçivəsində baş tutacaq.
Yaxın Şərq liderlərinin gözlənilən görüşünün digər təfərrüatları barədə məlumat verilməyib.

Tehsil-press.az


Oxşar xəbərlər