Ərəb Dövlətləri Liqasının fövqəladə iclası çağırılır

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası çağırılır Aprelin 3-də Ərəb Dövlətləri Liqasının fövqaladə iclası keçiriləcək.
Bu barədə təşkilatın Baş katibinin köməkçisi Səid Abu Əli məlumat yayıb.
Toplantıda Qəzza zolağındakı vəziyyətin müzakirə olunacağı bildirilir.
İclas Fələstin, Misir, Küveyt və İordaniyanın tələbi ilə çağırılır.
Xatırladaq ki, martın 30-da Qəzza zolağında fələstinlilər və İsrail hərbçiləri arasında toqquşmalar zamanı 16 fələstinli həlak olub, 1500-ə yaxını isə xəsarət alıb.

Tehsil-press.az

Oxşar xəbərlər