“Sabina” mağazalar şəbəkəsi bağlandı

“Sabina” mağazalar şəbəkəsi bağlandı “Sabina Perfumery&Cosmetics” şirkəti ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 11 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Sabina” mağazalar şəbəkəsi isə 1994-cü ildə yaradılıb. 2004-cü ildə dövlət qeydiyyatına alınmış MMC-nin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur. 2020-ci ildə “İDEAL” Parfumery and Cosmetics-ə satılıb. Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərirdi.

Tehsil-press.az


Oxşar xəbərlər