Adını və soyadını dəyişənə iPhone 7 verilir

Adını və soyadını dəyişənə iPhone 7 verilir Ukraynadakı “Allo” mağazalar şəbəkəsi qəribə aksiya elan edib. Aksiyaya oktyabrın 17-də start verilib.

Tehsil-press.az yerli mənbələrə istinadən xəbər verir ki, aksiyanın şərtlərinə görə, adını və soyadını rəsmən dəyişərək “Sim Ayfon” kimi yazdıran ilk beş vətəndaşa cəmi 1 qrivna ödəməklə qara rəngdə yeni İphone 7 smartfonu veriləcək. Aksiyanın hansı məqsəd daşıdığı məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər