
Bu barədə Tbilisi Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çixeidze bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 5 yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı, eləcə də xroniki xəstəlikləri olan şəxslər xüsusi risk qrupuna aiddirlər.
Qrip virusuna yoluxmanın qarşısını almaq üçün maska taxmaq, çoxlu maye qəbul etmək, yaşayış və iş yerlərini tez-tez havalandırmaq, temperatur yüksəldikdə həkimə müraciət etmək lazımdır.
İ.Çixeidze virusa yoluxma hallarının artacağını istisna etməyib.
Tehsil-press.az