İtaliyada ötən həftə 300-dən çox insan koronavirusun qurbanı olub

İtaliyada ötən həftə 300-dən çox insan koronavirusun qurbanı olub Son bir həftə ərzində İtaliyada 307 nəfər COVID-19-un qurbanı olub.
Ölkədə ardıcıl dördüncü həftədir virusa yoluxma halları sürətli artım tendensiyası göstərir. Ötən həftə ərzində COVID-19 infeksiyasına 60 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Səhiyyə Nazirliyi tərəfindən yayımlanan məlumata görə, həftə ərzində ölkədə koronavirusa yoluxma faktları 14 faiz və ölüm halları isə 5 faiz artıb.
Mütəxəssislər ölkə üzrə vaksinasiya kampaniyasında iştirakın çox aşağı göstəricidə olduğunu bildirirlər. İtaliyada koronavirusun “Omikron” ştamının alt variantları olan EG.5 və BA.2.86 sürətlə yayılır. Əhaliyə, əsasən də yaşlılara və ürəyi zəif olanlara peyvənd qəbul etmək tövsiyə olunur.

Tehsil-press.az


Oxşar xəbərlər