![Cəbrayılda 33 yaşayış binası inşa edilir, köç olacaq - Video](https://qafqazinfo.az/uploads/1706164149/MyCollages_-_2024-01-25T102845.987.jpg)
Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.
Tehsil-press.az