UNEC-də növbəti “Açıq qapı” günü keçirilib

UNEC-də növbəti “Açıq qapı” günü keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə bağlı növbəti “Açıq qapı” günü keçirilib.
Qəbula yazılan tələbələrin müraciətləri imtahanlarda intizam qaydalarının pozulması, təhsil haqqına güzəştin edilməsi, xarici universitetdə dinlənilən fənnin əvəzlənməsi ilə bağlı olub.
Müraciətlər dinlənildikdən sonra yerindəcə müvafiq qərarlar verilib.
Ümumilikdə isə “Açıq qapı”da tələbələrin 24 müraciəti dinlənilib. Müraciətlər əsasən imtahanlarda intizam qaydalarının pozulması barədə olub.

Tehsil-press.az



Oxşar xəbərlər