Braziliyada fövqəladə vəziyyət elan olundu

Braziliyada fövqəladə vəziyyət elan olundu Məşhur “Rio karnavalı”nın başlamasına sayılı günlər qalmış Rio-de-Janeyroda denq epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edilib.
Bu barədə şəhərin meri Eduardo Paes sərəncam imzalayıb:
“Rio-de-Janeyroda denq epidemiyasına görə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilib”.
Şəhərdə yoluxucu xəstəliklə mübarizə planı tətbiq edilib.
Bildirilir ki, epidemiyaya yoluxmaqda şübhəli bilinən şəxslər üçün 10 təcili qəbul mərkəzi açılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər