Gürcüstandakı torpaq sürüşməsində 11 nəfər ölüb

Gürcüstandakı torpaq sürüşməsində 11 nəfər ölüb Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşməsində həyatını itirənlərin sayı 11-ə çatıb.
Ətraflı
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və torpaq altında qalanların hamısının tapıldığı üçün axtarışların sona çatdığı qeyd olunub.

Tehsil-press.az


Oxşar xəbərlər