Pakistanda leysan yağışları azı 7 nəfərin ölümünə səbəb oldu

Pakistanda leysan yağışları azı 7 nəfərin ölümünə səbəb oldu Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində leysan yağışların fəsadları nəticəsində azı yeddi nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb.
Bu barədə əyalətin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə idarəsi məlumat yayıb. Cümə günü torpaq sürüşmələri və evlərin damının qopması səbəbindən ölənlər arasında qadınların və uşaqların da olduğu bildirilir. Həmçinin azı 19 ev və bina qismən zədələnib və ya dağılıb.
Məlumata görə, xilasetmə əməliyyatları hələ də davam edir. Hakimiyyət orqanları torpaq sürüşməsi nəticəsində bloklananmış bir neçə avtomobil yolunu təmizləyib.

Tehsil-press.az


Oxşar xəbərlər