Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 28-ə çatıb

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 28-ə çatıb Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda həmin ərazidə xilasedicilər itkin düşmüş daha 5 nəfərin axtarışlarını davam etdirir.
Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi baş verib.

Tehsil-press.az


Oxşar xəbərlər