Filippində daşqınlar və torpaq sürüşmələri 67 nəfərin ölümünə səbəb olub

Filippində daşqınlar və torpaq sürüşmələri 67 nəfərin ölümünə səbəb olub Filippinin Mindanao adasına yaxınlaşan "Nalci" fırtınası adada daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.
Bu barədə cümə günü "The Manila Bulletin" qəzeti məlumat yayıb.
Məlumata əsasən, daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 67 nəfər həlak olub.
"Nalci" fırtınası Filippinin şimalına doğru irəliləyir. Bu zonadan təxminən 5000 insan təxliyə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər