Torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb

Torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb İndoneziyanın Natuna bölgəsində baş verən torpaq sürüşməsində ilkin məlumatlara görə, 15 nəfər həyatını itirib, onlarla adam itkin düşüb.
Bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəsmiləri məlumat yayıb.
Bildirilir ki, güclü yağışlar nəticəsində Natunanın Serasan kəndində torpaq sürüşməsi baş verib və kənddəki evlər sürüşmə zamanı torpaq qalaqlarının altında qalıb.
Axtarış-xilasetmə işləri zamanı 15 nəfərin cəsədinin tapıldığını bildirən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını vurğulayıblar.
Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyini bildirir.

Tehsil-press.az

Oxşar xəbərlər