Təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması faktı ilə bağlı araşdırmalara başlanıldı

Təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması faktı ilə bağlı araşdırmalara başlanıldı Erməni saytları qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçusunun meyitinin aşkar edilməsi barədə məlumat yayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə bildirblər ki, hazırda məsələ ilə bağlı Azərbaycan tərəfi araşdırmalara başlayıb: "Məlumat erməni saytlarında yayılıb. Hələlik araşdırma aparılır. Fakt təsdiqini taparsa, məlumat veriləcək".
Xatırladaq ki, aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribat törətməsi nəticəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə bu günə qədər məlumat əldə etmək mümkün olmayıb.

tehsil-press.az

Oxşar xəbərlər