Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb - SƏRƏNCAM

Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb - SƏRƏNCAM Prezident İlham Əliyev “Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər