Bədii filmlərin çəkilişləri üçün yaranmış bütün borclar Mədəniyyət Nazirliyi tərəfindən ödəniləcək.
Tehsil-press.az xəbər verir ki, bu barədə Kino Agentliyi məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada nazirlikdə həll edilib.
“Mədəniyyət nazirinin əmri ilə, nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı Kino Agentliyi tərəfindən ödənilmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib. Bir daha bildiririk ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək”, - məlumatda qeyd olunub.
Tehsil-press.az