“Mən səninləyəm Ana Vətən” bədii- sənədli filmin təqdimat mərasimi keçiriləcək

“Mən səninləyəm Ana Vətən” bədii- sənədli filmin təqdimat mərasimi keçiriləcək Aprelin 2-də saat 17.00-da Bakı şəhər Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mən səninləyəm Ana Vətən” bədii- sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Film 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundova həsr olunub.
Filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, prodüsseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır.
Ekran əsərində ana obrazını şəhidin anası Ceyran Axundova canlandırıb.
Sumqayıt Regional Mədəniyyət idarəsi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirir.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti



Oxşar xəbərlər