“Sağlamlığı təşviq edən proqram” – tələbələr üçün maarifləndirici təlim

“Sağlamlığı təşviq edən proqram” – tələbələr üçün maarifləndirici təlim Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMiU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Sağlamlığı təşviq edən proqram” mövzusunda maarifləndirici təlim keçirilib.
BMT-nun Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində keçirilən tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, THİK-nın sədri Şahmar Rəfili, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnarə Makayeva və müdir müavini Zümrüd Kazımova mövzu ilə bağlı tələbələri məlumatlandırıblar. Onlar sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillərdən söz açıb, sağlamlığın qorunması istiqamətində vacib tövsiyələr veriblər.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az




Oxşar xəbərlər