“AzMİU Academy” kurslarını fərqlənmə ilə bitirən 50 tələbə təltif olunub

“AzMİU Academy” kurslarını fərqlənmə ilə bitirən 50 tələbə təltif olunub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin nəzdində fəaliyyət göstərən “AzMİU Academy”nin növbəti məzunlarının təltifetmə mərasimi keçirilib.
Mərasimdə tədris işləri üzrə prorektor Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, İnşaat fakültəsinin dekan müavini Tural Əliyev və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən “AzMİU Academy”nin rəhbəri Eldar Süleymanlı kursların fəaliyyəti barədə məlumat verib. O, tələbələrin kurslara böyük marağı olduğunu bildirib. Diqqətə çatdırıb ki, ikinci tədris ilində kurslara 164 tələbə müraciət edib. Onlardan 50 nəfəri kursları yüksək nəticə ilə bitirib.
Qeyd edilib ki, layihə universitet tələbələrinin mühəndis proqramlarını daha yaxşı mənimsəməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil texnologiyalarının formalaşmasına təkan verir. Kurslarda “Autocad”, “3D Max”, “Adobe İllustrator”, “Adobe Photoshop”, “Corel Draw”, “Ofis” proqramları ödənişsiz tədris olunur.
Sonda universitetin rəhbər heyəti “AzMİU Academy”ni müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər