İngilis dili səviyyəsini yüksəltmək istəyən tələbələr üçün “Conversation Club” yaradıldı

İngilis dili səviyyəsini yüksəltmək istəyən tələbələr üçün “Conversation Club” yaradıldı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində “Conversation Club” yaradılıb. “Conversation Club”ın yaradılmasında məqsəd tələbələrin ingilis dili biliyini yüksəltmək, onların bu dildə danışıq vərdişlərini inkişaf etdirməkdir.
Oktyabrın 13-də “Conversation Club”ın ilk dərsi keçirilib. İlk dərsdən öncə THİK-nın sədri Şahmar Rəfili çıxış edərək yeni yaradılan “Conversation Club”ın məqsəd və məramından danışıb. Şahmar Rəfili qeyd edib ki, tələbələrin bu dili daha da dərindən mənimsəməsi AzMİU rəhbərliyinin diqqət mərkəzindədir.
THİK rəhbəri qeyd edib ki, “Conversation Club”a 2023-2024-cü tədris ilinin sonuna kimi 500 tələbənin cəlb edilməsi və onların ingilis dilində sərbəst danışmasının təmin edilməsi planlaşdırılır. O, əlavə edib ki, danışıq klubuna AzMİU-nun müəllim və mütəxəssislərilə yanaşı, müxtəlif qurumlarda çalışan müəllim və mütəxəsisslər cəlb olunacaqlar.
Daha sonra tələbələrin sualları cavablandırılıb.
Klubun təqdimatından sonra ilk dərs öz işinə başlayıb. “Conversation Club”ın ilk qonağı çilili ingilis dili müəllimi Noubu Given olub. O, tələbələrə mövcud söz bazasından maksimum şəkildə istifadə edərək sərbəst ünsiyyət qurmağın metodlarını öyrədib.
Qeyd edək ki, “Conversation Club”ın danışıq dərsləri həftədə bir dəfə təşkil olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər