Rusiyanın Volqoqrad vilayətində Fövqəladə Hallar Nazirliyinin regional qərargahının rəisi, general-mayor Nikolay Lyubavin vəzifəsini itirib. O, martın 1-də istefa verdiyini açıqlayıb və təqaüdə göndərilib.
Lyubavin 2024-cü ilin yanvarında onun barəsində prokurorluğa şikayət ərizəsi yazan işçinin ailəsinə xərçəng arzulaması ilə diqqət çəkib.
Lyubavinin tutduğu vəzifədən istefa verdiyini Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti təsdiqləyib. İdarənin rəisi vəzifəsini Dövlət Yanğından Mühafizə Xidməti üzrə idarə rəisinin müavini Sergey Smirnov icra edəcək.
Tehsil-press.az