Kanadanın General-Qubernatoru istefa verdi

Kanadanın General-Qubernatoru istefa verdi Kanadanın General-Qubernatoru Jüli Peyett tabeliləri ilə qalmaqal fonunda istefa verib.
Bu barədə onun bəyanatında deyilir.
“Ölkədə 28 il xidmətdən sonra istefa ərizəsi yazdım. Mən bu barədə Baş nazir Castin Trüdoya məlumat verdim”, - o deyib. Peyett vurğulayıb ki, “hər bir insanın təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var”. “Son bir neçə ay ərzində Rido-hollda (General-Qubernatorun iqamətgahı – red.) gərginlik yarandı, mən bundan təəssüf hissi keçirirəm”, - deyə Peyett əlavə edib.
Trüdo artıq ölkənin General-Qubernatorunun istefasını qəbul etdiyini bildirən bəyanat yayıb. Bu vəzifələri müvəqqəti olaraq Ali Məhkəmənin rəhbəri Riçard Vaqner icra edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər