Hərbçimiz Ruslanın geri qaytarılması erməniləri qəzəbləndirdi - VİDEO

Hərbçimiz Ruslanın geri qaytarılması erməniləri qəzəbləndirdi - VİDEO Azərbaycanlı əsgər Ruslan Pənahovun Ermənistan təhlükəsizlik qüvvələri tərəfindən ölkəmizə qaytarılması qərarı ətrafında gedən söz-söhbət səngimək bilmir.

Vəziyyət o həddə çatıb ki, hətta “Yerkrapah” terror təşkilatının rəhbəri Sasun Mikaelyan belə jurnalistlərin Ruslan Pənahovun qaytarılması barədə ünvanladıqları suala hiddətlənib.

O, “Yerablur” hərbi panteonunda keçirilən brifinq zamanı bildirib ki, saxlanılan azərbaycanlının təhvil verildiyini elan edən Milli Təhlükəsizlik Xidməti üzərinə düşən vəzifələri peşəkarcasına yerinə yetirir.

Məlumat üçün bildirək ki, Ruslan Pənahova qarşı Ermənistanda “təxribata cəhd” maddəsi ilə cinayət işi açılsa da, martın 4-də ona xitam verilib.



Tehsil-press.az

Oxşar xəbərlər