16 yaşlı Turanı öldürən Ruslanın məhkəmədə son sözü belə olub - VİDEO

16 yaşlı Turanı öldürən Ruslanın məhkəmədə son sözü belə olub - VİDEO Bakı Ağır Cinayətlər Məhkəməsində Şağandakı Olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsi başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ruslan Səfixanov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zamanı həmçinin məlum olub ki, Ruslan Səfixanov hadisə vaxtı sərxoş vəziyyətdə olub. R.Səfixanov Turan Rüstəmovu söyüş söydüyü üçün qətlə yetirdiyini bildirib. O, həmçinin son sözündə əməlindən peşman olduğunu deyib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.



Tehsil-press.az




Oxşar xəbərlər