Bütün ölkə onu axtarır: Lotereyada bir milyon udub, amma...

Bütün ölkə onu axtarır: Lotereyada bir milyon udub, amma... Murmansk vilayətinin sakini lotereyada milyon rubl udub. Lakin qalib udduğu məbləği tələb etməyə gəlməyib.

Yeni ildən onu axtarırlar.

Qaydalara görə, tirajın nəticələri elan edildiyi saatdan cəmi yeddi ay müddətində qalib uduşunu tələb edə bilər. Təşkilatçıların sözlərinə görə qalibin 31 iyul 2024-cü ilə qədər vaxtı var.

Əgər bu müddət ərzində uduş tələb olunmazsa, lotereya operatoru onu tirajın keçirildiyi tarixdən 3,5 il ərzində dövlət büdcəsinə köçürəcək.

Tehsil-press.az

Oxşar xəbərlər