Ermənistanda Nazarbayev küçəsinin adı dəyişdirilir

Ermənistanda Nazarbayev küçəsinin adı dəyişdirilir Ermənistanın Şiraksk vilayətinin Ariç kəndində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını daşıyan küçənin adı dəyişdirilir.

Tehsil-press.az panorama.am saytına istinadən bildirir ki, bu barədə Kənd ağsaqqlqr şurası aprelin 14-də yekdilliklə qərar qəbul edib. Məlumatda deyilir ki, onlar əvvəlcə küçəni “Artsax” adlandırmaq istəyiblər. Amma yerli kilsədən təklif ediblər ki, ona Qriqori Lusavoriçin adı verilsin. Son qərar ağsaqqalların növbəti yığıncağında qəbul olunacaq.
Məlumatda o da bildirilir ki, onlar Nazarbayevin adını çoxdan götürmək istəyirlərmiş. Amma hər dəfə “yuxarıdan” razılıq verilmirmiş. Amma Nazarbayevin son siyasi addımları, Azərbaycanı müdafiə etməsi, Yerevandakı mühüm tədbiri faktiki olaraq pozması və nəhayət, Ərdoğanla nümayişkaranə şəkildə qucaqlaşıb görüşməsi səbr kasalarını daşırıb və onlar qəti qərara gəliblər.

tehsil-press.az

Oxşar xəbərlər