Medvedev onları HƏDƏLƏDİ: “Ölümə ölüm!”

Medvedev onları HƏDƏLƏDİ: “Ölümə ölüm!” Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvadakı terror aktına sərt reaksiya verib.

O, bu barədə teleqram kanalında yazıb. Hücumda ölənlərin ailələrinə başsağlığı verən Medvedev, terrorçuların ancaq terror dilindən başa düşdüyünü vurğulayıb:

“Nə qədər ki, şiddətə güc vasitəsilə cavab verilmir, terrorçular edam olunmur, onlara heç bir məhkəmə və təhqiqat kömək etməyəcək. Əgər onların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilərsə, onlara və ilham verənlərə başqa cür davranmaq mümkün deyil. Hamısı tapılmalı və terrorçu kimi amansızca məhv edilməlidir. Həmçinin, bu cür vəhşiliyə yol verən rəsmi şəxslər də. Ölümə ölüm”., - qurum rəsmisi yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər