Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, o, Dmitri Medvedevlə onun başçılıq etdiyi hökumətin istefa verəcəyini əvvəlcədən müzakirə edib. Bu barədə dövlət başçısı “TASS”a müsahibəsində danışıb.
“Bizim Dmitri Anatolyeviçlə uzun illərdir çox açıq, yoldaşlıq, dostluq münasibətlərimiz var. Bizim bir-birimizdən sirrimiz yoxdur. Ona görə də biz bunu onunla müzakirə etmişdik. Medvedev baş verənlərdən xəbərdar idi”, - Putin deyib.
Xatırladaq ki, yanvarın 15-də Dmitri Medvedev hökumətin istefasını elan etmişdi. Yanvarın 16-da o, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsinə təyin olunmuşdu. Elə həmin gün Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamışdı.
Tehsil-press.az