Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı

Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin Zirvə toplantısında - həm də Makronun ideyası ilə - onlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə sənəd imzalayıblar ki, Qarabağ Azərbaycandır. Bizə heç kim bu barədə məlumat verməyib. Putin daha sonra növbəti görüşdə Paşinyana dedi: “Sizin belə qərar verməyiniz bizi təəccübləndirdi”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.

“Heç bir izahat yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərə paralel olaraq Qarabağın statusu məsələsini birtəhər həll etmək lazım olduğunu unutmayaq və biz bunu edirdik. Amma onun özü bu ərazinin Azərbaycanın bir hissəsi olduğuna imza atanda status məsələsi ortadan qalxdı. İnsanlar Qarabağı tərk etməyə başlayanda Nikol Paşinyan Putindən soruşdu: “Vladimir Vladimiroviç, siz niyə Qarabağ xalqını taleyin ümidinə buraxdınız?” Allah xatirinə bağışlayın, siz qərar verdiniz ki, onlar vətəndaş deyillər və ya hansısa vətəndaşlıq iddiasındadırlar”, - Rusiya XİN rəhbəri vurğulayıb.



Tehsil-press.az

Oxşar xəbərlər