İkinci Dünya müharibəsinin başladığı ölkədə təşviş – “Yenə burada...”

İkinci Dünya müharibəsinin başladığı ölkədə təşviş – “Yenə burada...” Polşa Baş naziri Donald Tusk Avropanın müharibədən əvvəlki dövrə qədəm qoyduğu barədə xəbərdarlıq edib.

Tuskun bəyanatı davam edən Rusiya-Ukrayna müharibəsi kontekstində gəlib.

Onun iddiasına görə, artıq bölgənin təhlükəsizlik sistemi kökündən dəyişib.

Tusk vəziyyətin ciddi, artan təhdidlər qarşısında sayıqlıq və kollektiv hərəkətə ehtiyac olduğunu vurğulayıb:

“Bu, xüsusilə də gənc nəsil üçün çox ağır səslənir, amma biz yeni, müharibədən əvvəlki dövrün başladığına öyrəşməliyik”.

Mövcud böhranın görünməmiş xarakterdə olduğunu söyləyən Polşa baş naziri İkinci Dünya müharibəsinin nəticələri ilə paralellər apararaq, 1945-ci ildən bəri geosiyasi mənzərənin o qədər də dəyişkən olmadığını qeyd edib:

“İndi ən narahat edən odur ki, sözün əsl mənasında istənilən ssenari mümkündür”.

Tusk fəlakətin qarşısını almaq üçün qətiyyətli addımların atılmasının vacibliyini də vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər