Polşanın Baş naziri Donald Tusk yanvarın 22-də Kiyevə səfəri zamanı ölkəsinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı G7 Vilnüs Bəyannaməsinə qoşulduğunu bildirib.
Bu barədə Polşa Baş nazirinin ofisinin “X” sosial səhifəsində yayılan bəyanatında deyilir. “Polşa G7 bəyannaməsinə qoşulub, məqsəd Ukraynaya dəstək üçün demokratik ölkələri səfərbər etməkdir”, - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, Donald Tusk bu gün Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ötən il iyulun əvvəlində “Böyük yeddilik” ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyini vəd edən bəyannaməni təsdiqləyiblər. Artıq 30-dan çox ölkə bu bəyannaməyə qoşulub. Həmçinin bir sıra dövlətlər Ukrayna ilə ikitərəfli əsasda təhlükəsizlik təminatları üzrə danışıqlara başlayıb.
Tehsil-press.az